İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! FHN itkin düşən iki alimlə bağlı məlumat yaydı

1935 29.08.2023 23:14 Son xəbər A A

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İsmayıllı rayonu istiqamətində dağlıq ərazidə iki vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Musavat.com- FHN-dən bildirilib.

Məlumatla əlaqədar dərhal köməksiz vəziyyətdə qalan şəxslərlə rabitə əlaqəsi yaradılıb və koordinatları müəyyən edilərək aidiyyəti üzrə ötürülüb.

Hazırda vətəndaşlar Elnur Nəciyevin və Emil Cəbrayılovun aidiyyəti qurumlarla koordinasiyalı şəkildə təxliyə edilməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, daha öncə sözügedən şəxslərin İsmayıllı rayonu ərazisində itkin düşmələri barədə xəbər yayılmışdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR