İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! FHN-in təyyarəsi qəza enişi etdi

1888 28.08.2022 18:14 Hadisə A A

Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi Masallıda qəza enişi edib.

Bu barədə Musavat.com FHN-ə istinadən xəbər verir.

Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi əməliyyatına cəlb olunmuş FHN-ə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarədə texniki problem yaranıb.

Bununla bağlı təyyarənin ekipajı tərəfindən Lənkəran Beynəlxalq Hava Limanına təcili enmə qərarı verilib.

Ekipaj üzvlərinin peşəkarlığı sayəsində təyyarə saat 16:38-də Lənkəran Beynəlxalq Hava Limanına qəza enişi edib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR