İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Əsgər giziri güllələdi - Ermənistan MN məlumat yaydı

701 28.08.2023 13:00 Son xəbər A A

Ermənistan ordusunda Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbçiləri Artyom Aykazyan və Armen Xaçatryan ölümcül güllə yarası alıblar.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, ölüm səbəbinin hərbi qulluqçular arasında baş verən mübahisədən baş verdiyi müəyyən edilib.

Ermənistan İstintaq Komitəsinin Baş hərbi istintaq idarəsinin üçüncü qarnizon istintaq şöbəsində iki hərbçinin ölüm hallarının aydınlaşdırılması üçün araşdırma aparıldığı qeyd olunub.

Məlum olub ki, 27 avqust 2023-cü il tarixdə saat 16:00 radələrində ER Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin döyüş mövqeyində qulluq çəkən əsgər AK-74 avtomat tüfəngindən istifadə edərək, gizir Armen Xaçatryanı güllələyib, daha sonra həmin silahla özünə qəsd edib.

İlkin məlumata görə, hadisə şəxsi zəmində baş verən mübahisə zamanı törədilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR