İnsanlara hürriyət, millətlərə istiqlal!

Son dəqiqə! Ermənistandakı seçkidə hansı lider parlamentdə nə qədər səs qazandı?

1732 08.06.2026 08:13 Dünya A A

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) səhər saat 08.00-a qədər 2005 seçki məntəqəsindən 1878-də ilkin səsvermə nəticələrini dərc edib.

Musavat.com xəbər verir ki, bülletenlərin 93,7 faizinin nəticələrinə əsasən hakim Vətəndaş Müqaviləsi partiyası səslərin 50,25 faizi (669.9968 səs) ilə liderdir.

Rusiyaya bağlı Güclü Ermənistan 23,31 faiz (310. 752 səs) ilə ikinci yerdə, Ermənistan bloku isə 9,78 faiz (130.363 səs) ilə üçüncü yerdədir.

***

Ermənistanda keçirilən parlament seçkilərində səslərin yarıdan çoxunun hesablanmasından sonra əsas siyasi qüvvələrin nəticələri bəlli olub. Son məlumata görə, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası rəqiblərini böyük fərqlə qabaqlayır və hökuməti təkbaşına formalaşdırmağa yaxınlaşır.

Musavat.com xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə əsasən, 2005 seçki məntəqəsindən 1029-unun protokolları emal edilib.

Hazırkı nəticələrə görə siyasi liderlər və onların təmsil etdikləri qüvvələr aşağıdakı göstəriciləri əldə ediblər:

Nikol Paşinyan – Vətəndaş Müqaviləsi Partiyası

f180d49f-68f2-4ac7-8928-b737e2f6a59c.jpeg (314 KB)

Hakim partiya 303 min 648 səs toplayaraq 51,71 faiz nəticə göstərib. İlkin mandat bölgüsünə əsasən, Paşinyanın komandası parlamentdə 62 mandat qazanır və hökuməti təkbaşına formalaşdırmaq imkanını qoruyur. Paşinyan artıq seçkidə qələbə qazandığını bəyan edib.

Samvel Karapetyan – “Güclü Ermənistan” bloku

Rusiyalı erməni milyarder Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku 136 min 226 səs və ya 23,20 faiz toplayıb. Bu nəticə bloku ölkənin ikinci böyük siyasi qüvvəsinə çevirir. İlkin hesablamalara görə, Karapetyanın bloku parlamentdə 27 mandat əldə edir.

Robert Köçəryan – “Ermənistan” bloku

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku 54 min 768 səs toplayıb. Bu, ümumi səslərin 9,33 faizinə bərabərdir. Köçəryanın siyasi birliyi hazırkı bölgüyə əsasən parlamentdə 11 mandat əldə edir. Seçkiöncəsi dövrdə əsas rəqiblərdən biri hesab edilən eks-prezidentin nəticəsi gözləniləndən aşağı qiymətləndirilir.

Qaqik Tsarukyan – “Çiçəklənən Ermənistan” Partiyası

İş adamı Qaqik Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” Partiyası 25 min 218 səs və ya 4,29 faiz toplayıb. İlkin nəticələrə görə, partiya parlamentdə 5 mandat əldə edir.

Digər siyasi qüvvələr

“Birlik qüvvələri” və digər kiçik partiyalar seçkidə iştirak etsələr də, onların əksəriyyəti parlamentdə təmsil olunmaq üçün kifayət qədər səs toplaya bilməyib.

Beləliklə, hazırkı mənzərədə Nikol Paşinyan seçkinin şəksiz qalibi kimi görünür. Samvel Karapetyan ikinci, Robert Köçəryan isə üçüncü yerdə qərarlaşıb. Əgər sonrakı hesablamalarda ciddi dəyişiklik baş verməzsə, Ermənistanın növbəti hökumətini yenidən Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası formalaşdıracaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR