İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Ermənistan itkilərini açıqladı

2226 01.09.2023 17:17 Region A A

Azərbaycan-Ermənistan sərhədində baş verən atışma nəticəsində ölən ermənilərin kimliyi üzə çıxıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, həmin əsgərlərdən biri 37 yaşlı Arsen Mkrtçyandır. O, Ararat vilayətinin Zəngibasar rayonunun Rəncbər kəndindən olub.

Qeyd edək ki, həmin kənddə 1988-ci ilə qədər azərbaycanlılar yaşayıb.

Rəncbər kəndinin hazırkı erməni başçısı Vahan Vardanyan Arsen Mkrtçyanın 25 günlük hərbi təlim toplantısının iştirakçısı olduğunu deyib.

Maraqlıdır, 37 yaşlı əsgər rütbəsində bir erməni hansı səbəbdən təlimlərə cəlb edilir. Buna iki cavab tapmaq olar. Birincisi, ya ermənilərdə orduya göndəriləcək əsgər qalmayıb, ikincisi və ən ağlabatanı bu qədər hərbi qulluqçu konkret hücum üçün toplanışa çağırılıb.

WhatsApp Image 2023-09-01 at 17.14.30 (1).jpeg (35 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR