İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Ermənilər Laçında təxribat törətdi- Bir sərhədçimiz yaralanıb- RƏSMİ- YENİLƏNİB

3235 15.06.2023 10:06 Son xəbər A A

15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.

Bu barədə Musavat.com-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

"Yaralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilmiş, həyatı təhlükəsi yoxdur. Bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda bildirilib.

*** 

Bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri tərəfindən Laçın sərhəd-keçid məntəqəsi istiqamətində avtomat silahdan atəş açılıb. Atışma erməni postundan üzbəüz, məhz Azərbaycanın dövlət bayrağının hər gün qaldırılma mərasimi zamanı həyata keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Caliber yayıb. 

Məlumatda bildirilir ki, düşmən atəşi nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçisi yaralanıb. Onun vəziyyəti stabil qiymətləndirilir, bütün lazımi tibbi yardım göstərilir.

Hazırda vəziyyət bölmələrimizin nəzarətindədir, atışmalardan sonra erməni hərbçiləri postlarını tərk ediblər.

Bu dəhşətli hadisə Ermənistan tərəfindən terrorizmin və təcavüzün açıq təzahürüdür. Düşmən Laçında məntəqənin fəaliyyətinə problem yaratmayıb və Azərbaycanın onu qorumaq üçün kifayət qədər resursları var. Amma görünən odur ki, sərhəd-keçid məntəqəsinin fasiləsiz fəaliyyəti düşməni ciddi narahat edir. Əlavə məlumat veriləcək.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR