İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Ərdoğanla Putin görüşür: İlk AÇIQLAMA və masada Xankəndi... - CANLI

1507 04.09.2023 14:48 Son xəbər A A

Ermənistanda bu gün Soçidə keçiriləcək Ərdoğan-Putin görüşünə ümid edirlər. Ermənilər Soçi görüşündən sonra Laçın yolunun açılmasına nail ola biləcəklərini düşünürlər.

Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyir ki, Ərdoğan-Putin görüşündə Qarabağ ətrafındakı proseslər də müzakirə ediləcək və nisbi həll yolu tapılacağı ehtimalı var.

Hərçənd, ermənilərin ümidlərini puç edən təkcə Azərbaycanın prinsipial mövqeyi və Türkiyənin bunu sona qədər dəstəkləməsi yox, həm də bel bağladıqları Rusiyanın mövqeyidir. Moskva Laçın yolunun açılmasını Ağdam-Xankəndi marşrutunun açılmasına paralel şəkildə baş tutması təklifini irəli sürür, rəsmi Bakı da bunu dəstəkləyir. Ərdoğanla Putinin Qarabağda baş verənləri müzakirə edəcəyi istisna deyil, lakin bu müzakirə ermənilərin istədiyi kimi yox, daha çox Laçın və Ağdam yolunun paralel açılması ətrafında ola bilər.

Bu gün "Taxıl dəhlizi" ilə bağlı atacağımız addım bir çox ölkə üçün, xüsusən də az inkişaf etmiş ölkələr üçün xeyirli olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı bildirib.

O həmçinin qeyd edib ki, Türkiyə və Rusiya arasında bir çox sahələrdə uğurlu əməkdaşlıq mövcuddur. Bu gün görüş zamanı iki lider müdafiə sənayesi, energetika kimi sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

“Müsbət cavab verildiyi halda biz dərhal müsbət reaksiya verəcəyik və gətirdiyimiz ərzaq yükünün erməniəsilli sakinlərə çatdırılmasını təmin edəcəyik”. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) vitse-prezidenti Qafar Əsgərzadə belə deyib. O bildirib ki, artıq bir həftədir AzQAC nümayəndələri və könüllüləri buradadır: “AzQAC rəhbərliyi tərəfindən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanlığı ilə müvafiq danışıqlar aparılıb. Hələlik qarşı tərəfdən müsbət cavab almamışıq. Hazırda qarşı tərəfin cavabını gözləyirik. Müsbət cavab verildiyi halda biz dərhal müsbət reaksiya verəcəyik və ərzaq yükünün erməniəsilli sakinlərə çatdırılmasını təmin edəcəyik. Bundan başqa, müəyyən texniki məsələlər həllini tapandan, AzQAC əməkdaşlarının təhlükəsizliyinə tam zəmanət veriləndən sonra mütəxəssislər cəlb etməklə monitorinq işləri aparacağıq, qiymətləndirmə edəcəyik. Sonra isə erməniəsilli şəxslərin nəyə ehtiyacı olarsa, müəyyənləşdiriləcək, qiymətləndiriləcək və həmin ərzaqların, məhsulların onlara çatdırılmasına köməklik edəcəyik”.

Türkiyə liderinin təyyarəsi Soçinin hava limanına enib. Qeyd edək ki, Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Soçiyə səfər edib. Putin-Ərdoğan danışıqlarının Moskva vaxtı ilə saat 13:00-da başlayacağı bildirilib.

TVMusavat-ın c anlı efirində aparıcı Emil Salamoğlunun “Həftə içi” verilişinin qonağı hərbi ekspert Alp Arslan İmamquludur. Söhbətə tamaşaçılar da qoşula bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR