İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Dünyanın gözü orada: QƏLƏBƏ yaxınlaşır...

2737 23.02.2023 15:32 Gündəm A A

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov yayın sonunadək Ukrayna ordusunun əks-hücuma keçərək ərazilərinin böyük hissəsini geri qaytaracağını bildirib. Onun sözlərinə görə, Ukraynanın 1991-ci il sərhədlərini bərpa etmək üçün bütün imkanları var.

Müharibə bu il başa çata bilərmi?

216997405_4608071475889324_8234538891336491988_n.jpg (252 KB)

Politoloq Şahin Cəfərli Musavat.com-a açıqlamasında bildirib ki, müharibənin bu il ərzində başa çatması çox optimist proqnoz olar:

"Mən buna şübhə edirəm. Sadəcə, bu il ərzində cəbhədə həlledici döyüşlər olacaq. Xüsusən də Ukraynanın cənub-şərq hissəsində - Zaporojye vilayətinin cənub hissəsində. O istiqamətdə strateji əhəmiyyəti həddən artıq yüksək olan məntəqələr yerləşir. Mən xüsusilə Melitopolu və Berdyansk liman şəhərini nəzərdə tuturam. Bu ərazilər müharibənin əvvəlindən etibarən Rusiyanın Krıma açdığı quru yolun üzərində yerləşir. Bu müharibədə Rusiyanın əldə etdiyi yeganə strateji uğur məhz Krıma quru yol açmaqdan ibarət olub. Ukraynanın məqsədi həmin quru yolu təkrar kəsməkdən ibarətdir. Bunun üçün Zaporojye vilayətinin işğal olunmuş cənub hissələrini (o hissələrə Berdyansk və Melitopol da daxildir) azad etməkdir.

ed9cba0b-aa5f-329a-a342-02f29d09738b_850.jpg (139 KB)

Ukrayna böyük ehtimalla yaz aylarında əks-hücumlara başlayacaq. Əsas istiqamət qeyd etdiyim istiqamət olacaq. Əgər Ukrayna ordusu həmin şəhərlərdən birini azad edə bilsə, yəni Azov dənizi sahilinə çıxa bilsə, bu, artıq müharibənin taleyini həll edəcək bir qələbə anlamına gələcək. Çünki bu halda Rusiya ordu qruplaşmasının Xerson və Zaporojye vilayətinin cənub hissəsindəki, eləcə də Donbas istiqamətindəki qüvvələri arasında əlaqə kəsilmiş olacaq, Rusiya ordu qruplaşması ikiyə bölünmüş olacaq. Digər tərəfdən, Krıma açılmış yolu kəsilmiş olacaq, bundan sonra Xerson vilayətinin cənubuna irəliləyərək oradan Krımı azad etmək imkanı yaranacaq. Bu istiqamətdə qazanılacaq bir uğur müharibənin taleyini böyük ölçüdə həll edəcək. Amma bu o demək deyil ki, müharibə bu halda yekunlaşacaq. Hətta Ukrayna əsas hədəfinə çatsa, yəni 1991-ci il sərhədlərini bərpa etsə belə, bu halda da müharibə başa çatmaya bilər. Yəni nə qədər ki, Rusiya müharibəni davam etdirir, savaşın başa çatması ehtimalı yoxdur. Hətta Ukrayna cəbhədə qəti qələbə qazansa belə, Rusiya atəşi dayandırmadığı bir müddətdə bu müharibənin başa çatmasından danışmaq olmaz".  

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR