İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Bu qadın rəsmən Putinə rəqib oldu - FOTO

3706 22.12.2023 15:16 Dünya A A

Özünü sülhə sadiq qadın siyasətçi kimi qələmə verən Yekaterina Duntsova 2024-cü ilin martında Rusiyada keçiriləcək prezident seçkisində Vladimir Putinə qarşı rəsmən namizəd olub.

Musavat.com xəbər verir ki, lazımi sənədləri Seçki Komissiyasına təqdim edən müstəqil namizədin qeydə alınması təsdiq edilib.

Duntsova parlament partiyasından namizəd olmadığı üçün seçkilərə ən azı 45 gün qalmışa qədər 300 min dəstək imzası toplamalıdır. "Euronews"un məlumatına görə, noyabrda 10 mindən çox imza topladığını açıqlayan 40 yaşlı müstəqil namizəd "hər zaman 50-50 şansının" olduğunu deyib.

“Biz heç nəyə qarşı deyilik, sülh və demokratik proseslərin tərəfdarıyıq” - Duntsova deyib.

Rusiyanın Ukraynaya hücumunun başlamasından təxminən iki il sonra Dountsova ölkəsinin “hüquq və azadlıqlardan, sevgi və sülhdən, gözəl gələcəkdən uzaqlaşdığını” bildirib. Keçmiş jurnalist və bölgə deputatı əlavə edib ki, insanlar “alternativ” istəyirlər.

Qeyd edək ki, daha əvvəl bir sıra analitiklər hesab edirdilər ki, Duntsovanın rəsmi olaraq namizəd kimi qeydiyyatdan keçmək şansı azdır. 

1200x675_cmsv2_7c106f4f-b331-5bc.jpg (106 KB)

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR