İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! “Broker” MMC-nin rəhbəri həbs edildi

5780 07.08.2022 22:54 Kriminal A A

“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov həbs edilib.

Musavat.com-un APA-ya istinadla məlumatına görə, Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb.

O, külli miqdarda dövlət büdcəsində milyonlarla manat vergi və gömrük ödəmələrindən yayınmaqda və vəzifə saxtakarlıqlarında ittiham olunur.

Səbail Rayon Məhkəməsində onun barəsində verilən təqdimata baxılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Musavat.com bildirir ki, "Broker Əbülfəz" illərdir gömrük komitəsində Səfər Mehdiyevin “qara kassası” idi, sahibkarların fəaliyyətinə uzun illərdir qənim kəsilən bir simadır. “Broker Əbülfəz” kimi tanınan şəxs külli miqdarda dövlət büdcəsində milyonlarla manat vergi və gömrük ödəmələrindən yayınmaqda və vəzifə saxtakarlıqlarında ittiham olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR