İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Bakıda yaşayış binasında YANĞIN YENİLƏNİB

1456 07.07.2024 18:24 Hadisə A A

Xətai rayonu, Əliağa Şıxlinski küçəsində baş vermiş yanğın söndürülüb.

Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

“Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən yayılaraq mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”, – FHN diqqətə çatdırıb.

***

Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yaşayış binasındakı yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Musavat.com xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR