İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Azərbaycanlı hərbçi İTKİN düşdü - FOTOLAR

4182 04.09.2023 13:58 Son xəbər A A

Ukraynanın Donetsk vilayətinin Liman şəhəri ətrafında gedən döyüşlərdə vurulan azərbaycanlı hərbçi itkin düşüb.

Musavat.com xəbər verir ki, "Report"un Şərqi Avropa bürosunun yerli hərbi mənbələrdən aldığı məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı hərbçisi, 1997-ci il təvəllüdlü Osmanov Tərlan Eyvaz oğlu bu il iyunun 25-i ərəfəsində Liman ətrafında gedən döyüşlər zamanı aldığı güllə yarasından yerə yıxılıb. Həmin andan etibarən ondan heç bir məlumat yoxdur.

Əslən Azərbaycanın Bakı şəhərindən olan T.Osmanov pulemyotçu olaraq həmin döyüşdə son gülləsinə qədər döyüşərək mövqeyini tərk etməyib, döyüşdə həlledici qəhrəmanlıq göstərib. Hərbçi yoldaşları son dəfə onu döyüş zamanı aldığı güllə zərbəsindən yıxıldığını görüblər. Ukrayna Silahlı Qüvvələrinə məxsus N saylı briqada ərazidən həmin döyüş zamanı həlak olan və yaralananları götürərkən həmyerlimizin də onların arasında olub-olmaması ilə bağlı məlumat təsdiqlənməyib.

Hazırda onun cəsədinin, yaxud sağdırsa əsir düşüb-düşməməsi ilə bağlı axtarışlar gedir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR