İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Azərbaycanda iki alim itkin düşdü - İki nazirə müraciət edildi

4795 29.08.2023 19:37 Son xəbər A A

Alimlər Elnur Nəciyev və Emil Cəbrayılov İsmayıllı-Quba yolunda itkin düşüblər.

Musavat.com xəbər verir ki, bu barədə Elnur Nəciyevin həyat yoldaşı Günay Nəciyeva KONKRET.az-a açıqlama verib.

Günay Nəciyeva bildirib:

“Onlar sonuncu dəfə Quba rayonunun Dərk kəndi və İsmayıllı rayonunun Burovdal kəndi ərazilərində olublar. Saat 12:00-dan isə əlaqə kəsilib. Onlar qayalıqdadır, çox islanıb və dona bilərlər.

Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova və Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevə müraciət edirəm və xahiş edirəm ki, onların tez bir zamanda tapılmasına kömək etsinlər. Həmin nazirliklərin yerli şöbələri onların durumunu və hava şəraitini nəzərə alıb diqqətli olsun və bu məsələyə çox həssas yanaşsınlar”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR