İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Azərbaycan ordusu Qarabağda bu planı icra edəcək

2419 03.07.2023 12:11 Siyasət A A

Azərbaycan Qarabağda hərbi obyektləri məhv edəcək və müəyyən strateji yüksəklikləri nəzarətə götürəcək.

Bu iddia ilə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan çıxış edib.

Onun sözlərinə görə, hazırda beynəlxalq səviyyədə Azərbaycanın addımlarının legitimləşməsi prosesi sürətlənir.

“Bakı proseslərin tam yetişməsini gözləyir və lazımı anda hərəkətə keçəcək”, - o iddia edib.

Qeyd edək ki, Ermənistanda son günlər belə iddialar irəli sürülür və əsas kimi “Qisas 3” əməliyyatının keçirilə biləcəyinə dair fikirlər götürülür. Azərbaycan ordusunun öz suveren ərazilərində hərbi addımlar atmaq planları sirr deyil.

Rəsmi Bakı qanunsuz erməni silahlı dəstələrin Azərbaycan ərazisindən çıxarılmasını, o cümlədən, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə terrorçu dəstələrin tərkisilah edilməsi tələbini irəli sürür. Bu tələblər 10 noyabr razılaşmasına uyğundur. Razılaşmada əksini tapmı öhdəliklər yerinə yetirilməsə, praktiki mərhələdə addımların atılması qaçılmaz olacaq.**Publika.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR