İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Ağdamda mina partladı - 29 yaşlı şəxs hər iki ayağından xəsarət alıb

656 03.03.2024 12:00 Hadisə A A

Bu gün (3 mart - Qeyd) Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində mina partlayışı baş verib.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında deyilir.

Qeyd olunub ki, 1995-ci il təvəllüdlü Ağdam rayon sakini Abbasov Bəxtiyar Yaqub oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən piyada əleyhinə mina partlayışı nətisində hər iki ayağından xəsarət alıb.

Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.

"AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır!", - məlumatda vurğulanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR