İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! ABŞ-da 8 kəndimizlə bağlı qərar - Geri qaytarıla bilər...

3594 04.05.2023 11:00 Siyasət A A

"Azərbaycan Qazax rayonunun işğalda olan 7 kəndini və Naxçıvandakı Kərkini geri qaytarmaqda israrlıdır. Bu isə rəsmi Bakının Vaşinqtonda qalib gəldiyini təsdiqləyir".

Musavat.com xəbər verir ki, bunu Erməni nəşri olan "Hraparak" yazır. 

Xəbərdə bildirilir ki, müzakirə edilən məsələlərdən biri Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyinin qorunmasıdır, bu məsələdə Azərbaycan ciddi zəmanətlər verəcək. Lakin əsas mübahisəli və razılaşdırılmayan məsələ anklavlardır. Bakı bununla bağlı israrını davam etdirir.

Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri “münasibətlərin tənzimlənməsi sazişi” üzərində müzakirələr aparır.

Qeyd edək ki, söhbət Qazaxın 7 kəndi və Kərki kəndi delimitasiya prosesində Azərbaycana qaytarılmalıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR