İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! ABŞ bankının iflası bazarları silkələdi: neft sürətlə ucuzlaşır

1710 13.03.2023 16:49 İqtisadiyyat A A

ABŞ-ın 16-cı ən böyük bankının gözlənilməz iflası dünya xammal bazarlarında ciddi təlatümə gətirib çıxarıb.

Musavat.com xəbər verir ki, bu iflasın ABŞ bank sistemində, ardınca isə qlobal səviyyədə böhrana gətirəcəyi təhlükəsi xammal bazarlarında qiymətlərin düşməsini şərtləndirib.

Ən böyük təlatüm neft bazarında qeydə alınmaqdadır. Belə ki, Londonun ICE birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 4,5 dollardan çox ucuzlaşaraq 78,4 dollara, WTI neftinin qiyməti isə 72,3 dollara düşüb.

"Comex" birjasında isə böhran dövrlərində ən etibarlı yatırım ünvanı hesab edilən qızılın qiyməti sürətlə artaraq 1 unsiya üçün 1900 dolları keçib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR