İnsanlara hürriyət, millətlərə istiqlal!

Son 50 ildə dünyada 11 mindən çox təbii fəlakət baş verib

312 22.05.2023 20:32 Son xəbər A A

Kəskin hava dəyişkənliyi və iqlimlə əlaqəli hadisələr 1970-2021-ci illəri əhatə edən yarım əsrlik dövrdə dünya üzrə 11 min 778 təbii fəlakətə səbəb olub.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatlar Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) apardığı araşdırmada yer alıb. Araşdırma nəticələrinə əsasən, baş vermiş təbii fəlakətlər nəticəsində ümumilikdə iki milyondan çox insan həyatını itirib, qlobal iqtisadiyyata 4,3 trilyon ABŞ dolları həcmində zərər dəyib.

Hesabatda, həmçinin qeyd edilib ki, erkən xəbərdarlıq sistemləri və fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün koordinasiyalı menecment sayəsində insan itkilərinin sayını azaltmaq mümkün olub. Bununla belə, ölüm hallarının 90 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür.

Beynəlxalq qurumun qarşıya qoyduğu hədəflər arasında 2027-ci ilədək erkən xəbərdarlıq sisteminin dünyada bütün insanları əhatə etməsinə nail olmaqdır. İlkin mərhələdə dünyanın 30 ölkəsini əhatə edəcək sistem təşəbbüsü 2023-cü ildə işə düşməlidir.

ÜMT-nin baş katibi Petteri Taalas bildirib ki, dünyanın ən həssas və yoxsul regionları hava, iqlim və sudan yaranan təhlükələrin əsas yükünü daşıyırlar.

Təbii fəlakətlərin ən çox qurbanları Asiya qitəsində qeydə alınıb, 1970-2021-ci illərdə bu qitədə 3612 təbii fəlakət baş verib və təxminən bir milyon insan həyatını itirib. Təkcə 2008-ci ildə “Nərgiz“ tayfunu 140 minə yaxın insan həyatına son qoyub.

Sonrakı yerdə isə Afrika qitəsi dayanır. Qeyd edilən dövrdə bu qitədə baş vermiş 1839 təbii fəlakət ümumilikdə 43 milyard ABŞ dolları zərər vurmaqla, 733 min 585 insanın ölümünə səbəb olub. Ölüm hallarının 95 faizi quraqlıq nəticəsində baş verib.

Hesabata əsasən, Cənubi Amerikada 60 minə yaxın insan, Karib adaları da daxil olmaqla Şimali və Mərkəzi Amerikada isə 80 minə yaxın insan son yarım əsrdə təbii fəlakətlərin qurbanı olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR