İnsanlara hürriyət, millətlərə istiqlal!

Son 3 ildə onların sərvəti daha da artıb, dünyanın ən varlı şəxsləri kimlərdir?

1154 16.01.2024 03:49 Dünya A A

Dünyanın ən zəngin beş adamı 2020-ci ildən bu günə kimi sərvətini iki dəfədən çox artırıb.

Musavat.com xəbər verir ki, bu barədə Euronews yazıb. Bildirilib ki, bu barədə məlumat Dünya İqtisadi Forumunun (WEF) keçirildiyi İsveçrənin Davos şəhərində bazar ertəsi dərc olunan Oxfam hesabatında yer alıb.

Wealth X araşdırma şirkətinin məlumatına görə, İlon Mask, Bernard Arnault, Ceff Bezos, Larri Ellison və Mark Zukerberqin ümumi sərvəti 2020-ci ildən bəri 423,8 milyard avro (464 milyard dollar) və ya 114 faiz artıb.

Bu o deməkdir ki, 2023-cü ildə milyarderlər 2020-ci ildəkindən 3 trilyon avro (3,3 trilyon dollar) daha varlı olduqları halda (onların sərvəti inflyasiya tempindən üç dəfə sürətlə artıb) demək olar ki, 5 milyard insan daha da yoxsullaşıb.
Beynəlxalq şəbəkənin məlumatına görə, varlılar və kasıblar arasında böyük uçurum genişlənməkdə davam edəcək və on il ərzində dünyanın ilk trilyonerini yaradacaq.

Digər tərəfdən, Oxfam-ın hesablamalarına görə, dünyada yoxsulluq 230 ildən tez bir zamanda aradan qaldırılacaq.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR