İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK: Putin Zaporojye AES-i partlada bilər

1165 03.07.2023 11:02 Siyasət A A

Rusiya prezidenti Vladimir Putin sarsılan mövqeyini möhkəmləndirmək üçün Zaporojye AES-in partladılmasına göstəriş verə bilər.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Times” qəzeti redaksiya məqaləsində yazır.

"The Times" hesab edir ki, Putin üçün avtoritar bir hökmdar kimi tərəfdarlarının gözündə simasını xilas etmək vacibdir. Qəzetin fikrincə, bununla belə, başlanması özlüyündə artıq "böyük strateji səhv” olan müharibənin gedişi və son üsyan cəhdi, Putini hansısa radikal addımlara sövq edə bilər.

"The Times" qəzetinə görə, Putin ordusu uzun müddətdir cəbhədə heç bir real uğuru ictimaiyyətə təqdim edə bilmir, bu da uğurlu və qətiyyətli liderin imicinə zərbə vurur və 24 iyun hadisələri Putinin mövqeyinin qeyri-müəyyənliyini bir daha nümayiş etdirib: Rusiya ordusu Priqojinin "Vaqnerçilər"inə demək olar ki, müqavimət göstərmədi və Rostovdakılar "muzdluları həvəslə qarşıladılar".

"Bu, Putin rejimi üçün təhlükəli və deməli, region üçün təhlükənin artdığı bir məqamdır. Siyasi rəğbəti bərpa etmək üçün cənab Putin tez qələbələr ümidi ilə müharibənin eskalasiyasına cəhd edə bilər”, deyə nəşr yazır.

"Onun ordusu artıq Kaxovka su elektrik bəndini partladıb (baxmayaraq ki, Rusiya bunu açıq şəkildə inkar edir). Tamamilə mümkündür ki, onların Zaporojye atom elektrik stansiyasına da zərbə endirmək planı var”, deyə qəzet davam edir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR