İnsanlara hürriyət, millətlərə istiqlal!

Şok proqnoz: Rusiya 10 gün sonra dayana bilər – “Canlı debat”da

706 15.03.2022 13:54 Gündəm A A

Rusiya 10 gün sonra dayana bilər. Əgər Qərb ölkələri Ukraynaya dəstəyi artırsa, onda təxminən 10 gündən sonra Ukraynada ruslar aktiv döyüş əməliyyatları apara bilməyəcəklər. Bunu MSNBC-yə açıqlamasında ABŞ-ın Avropadakı ordusunun keçmiş komandanı, istefada olan general Ben Hodges bildirib.

Generalın sözlərinə görə, rusların kifayət qədər şəxsi heyəti, vaxtı çatmır, onun da döyüş sursatı tükənir:

“Təxminən 10 gün ərzində... Gərək Ukrayna qüvvələrinin təchizatını artıraq ki, onlar Rusiya artilleriyasını, ordusunu məhv etmək və raket zərbələrini dəf etmək imkanına malik olsunlar. Bir şərtlə ki, biz bunu edək. 10 gün ərzində ruslar bu müharibədə daha aktiv döyüş əməliyyatları apara bilməyəcəkləri nöqtəyə çatacaqlar”.
General hesab edir ki, Ukrayna tərəfi Rusiyanın imkanları tükənənə qədər sağ qalmağı bacarmalıdır.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 14.00-də “Canlı debat”da müzakirə edəcəyik. Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə AMİP sədri Arzuxan Əlizadə stduiyamızın qonaqlarıdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR