İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK İDDİA: Qərb Paşinyanı onunla əvəzləyə bilər

1314 15.12.2023 13:24 Son xəbər A A

“Ermənistanda erkən seçkilər hazırkı baş nazir Nikol Paşinyan üçün xoşagəlməz sürprizə çevrilə bilər”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli siyasi ekspert Karen Köçəryan bildirib.

“Paşinyan parlament müxalifətini əvəz etmək yerinə, özünün dəyişdirilməsi faktı ilə üzləşə bilər. Qərbin onun yerinə tamamilə fərqli - daha adekvat və daha az güzəştə gedəcək bir namizədi dəstəkləməsi mümkündür”, - deyə Köçəryan qeyd edib.

O, Qərbin Ermənistan Təhlükəsizlik Şurasının hazırkı katibi Armen Qriqoryana arxalanacağını istisna etməyib. Erməni politoloq bütün vacib görüşlərə ilk növbədə Qriqoryanın getməsinə diqqət çəkib.

“Xarici işlər naziri Ararat Mirzoyan daha çox protokol rəisinə, mətbuata məsul olan bu şəxsə bənzəyir. Armen Qriqoryan isə bütün görüşlərdə əsas fiqur kimi iştirak edir. Söhbət Qriqoryanın ilk növbədə görüşdüyü dövlət katiblərindən və xarici işlər nazirlərindən gedir. Bu, Paşinyanın Mirzoyana inamsızlığının nəticəsi deyil, Qərbin kiminlə işləmək istədiyinin sübutudur”, - deyə Karen Köçəryan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR