İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK GƏLİŞMƏ: Xankəndi erməniləri Rusiyaya birləşir? - CANLI

2239 07.04.2022 15:34 Gündəm A A

Ermənistan Milli-Demokratik Qütb Şurası diqqətçəkən bir bəyanat yayıb. Qurum qeyd edir ki, Qarabağda Rusiyaya birləşmək məsələsi ilə bağlı qeyri-ictimai şəkildə imzatoplama başlayıb. “Bu xəyanət, təbii olaraq, Nikol Paşinyan administrasiyasının razılığı ilə baş verir. Biz Qarabağda yaşayan soydaşlarımıza müraciət edir və onları, nəyin bahasına olursa-olsun, bu antierməni aksiyasının qarşısını almağa çağırırıq. Xəbərdarlıq edirik ki, xain imzatoplama həm də Qarabağda yaşayan ermənilərin qovulması üçün əlverişli şərait yarada bilər” deyə, bəyanatda bildirilir.

Qarabağın “deputatı” kimi təqdim edən Metaxe Akopyan isə Brüssel görüşündən sonra yazıb ki, onlar artıq sonun yaxınlaşdığını görürlər. “Bu, Nikol Paşinyanın proqramıdır. Azərbaycan Ordusunun Daşbaşı və Fərruxdan çıxmayacaqları da təsdiqləndi. Razılaşmada Qarabağın status ilə bağlı bircə kəlmədə yoxdur. ATƏT-in Minsk Qrupu ləğv edilmiş sayılmalıdır. Çünki onlardan da bəhs olunmur. Yalnız sülh sazişindən söhbət gedir və sərhədlərin müəyyən edilməsindən danışılır. Biz sözlə ifadə olunmayacaq dərəcədə çətin dövr yaşayırıq. Bu, bizim üçün sondur”.

TVMusavat-ın canlı efirində “Yeni Müsavat” qəzetinin baş redaktoru Azər Ayxanla Brüssel görüşünü və Xankəndi ermənilərinin Rusiyaya birləşmək məsələsini müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR