İnsanlara hürriyət, millətlərə istiqlal!

Şok gəlişmə: Paşinyan və Əli Əsədov arasında Tiflis görüşü - VİDEO

1403 27.10.2023 12:10 Siyasət A A

Ermənistan və Azərbaycanın baş nazirləri Nikol Paşinyan və Əli Əsədov Gürcüstanın hökumət başçısı İrakli Qaribaşvilinin vasitəçiliyi ilə Tiflis yaxınlığındakı Muxrani saray kompleksində görüş keçiriblər.

Musavat.com xəbər verir ki, bu barədə oktyabrın 27-də Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Danışıqların təfərrüatı açıqlanmır. Lakin Gürcüstanın "İmedi" telekanalının məlumatına görə, üç baş nazirin görüşü bir neçə saat davam edib.

Azərbaycan və Ermənistan KİV-ləri hələ bu görüş haqqında məlumat yaymayıblar.

Xatırladaq ki, hər iki baş nazir regionun nəqliyyat infrastrukturunun inkişafına həsr olunmuş beynəlxalq "İpək Yolu" konfransında iştirak etmək üçün Tiflisə gəliblər. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR