İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK! Azərbaycanda itkin düşən qadının cansız bədəni tapıldı -Atası öldürübmüş

2077 07.09.2022 16:54 Hadisə A A

Azərbaycanda itkin düşən qadının meyiti tapılıb.

Musavat.com "Report"a istinadən xəbər verir ki, Abşeron rayonunda aşkarlanan meyitə baxış keçirilən zaman Ağsu sakini Aybəniz Abdullayevanın atası Nazim Əliyev tərəfindən qətlə yetirildiyi məlum olub.

Daha sonra ata hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Məlumata görə, N.Əliyev qızının ardınca rayondan Abşerona gəlib və bu gün səhər saatlarında A.Abdullayevanı yaşadığı evdə öldürüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, 1989-cu il təvəllüdlü A.Abdullayeva sentyabrın 2-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR