İnsanlara hürriyət, millətlərə istiqlal!

SOCAR “Qalatasaray”ın sponsoru oldu

987 11.07.2023 20:34 İdman A A

Türkiyənin ən böyük birbaşa xarici investoru olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2023-2024-cü il mövsümündə “Qalatasaray”ın enerji sponsoru və avrokubok oyunlarında kişilərdən ibarət futbol komandasının forma sponsoru olub.

Musavat.com “Report”a istinadən xəbər verir ki, “SOCAR Türkiyə”, “Qalatasaray” İdman Klubu və “Qalatasaray Sportif A.Ş.” arasında imzalanan müqaviləyə əsasən, “Qalatasaray” futbol komandası 2023-2024-cü il mövsümündə UEFA çərçivəsində təşkil olunacaq bütün rəsmi yarışlarda (Çempionlar Liqası, Avropa Liqası ve Konfrans Liqası daxil olmaqla) SOCAR loqosu ilə çıxış edəcək.

SOCAR, həmçinin mediada “Qalatasaray Futbol Komandasının Enerji Sponsoru” ifadəsindən istifadə etmək hüququna da sahib olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR