İnsanlara hürriyət, millətlərə istiqlal!

Slovakiyanın verdiyi “S-300” kompleksi vuruldu - Rusiyanın iddiası

4346 11.04.2022 07:55 Gündəm A A

İnformasiyanın nə qədər dəqiq olduğu haqda Ukrayna tərəfi hələ ki, məlumat verməyib

Xəbər verildiyi kimi, Slovakiya Ukraynaya SSRİ- dövründən qalma bir ədəd "S-300" Zenit-raket kompleksi (ZRK)  göndərib. Slovakiya bunun əvəzində ABŞ-dan “Patriot” alacaq. 

Rusiya Müdafiə Nazirliyi dünən axşam Kiyev yaxınlığında Ukraynaya məxsus “S-300” vurduğu haqda məlumat yayıb. İnformasiyanın nə qədər dəqiq olduğu haqda Ukrayna tərəfi hələ ki, məlumat verməyib. 

Bəs, “S-300”lər Ukraynanın işinə nə dərəcədə yarıya bilər(di)? 

S-300'ler Ukrayna'da

SSRİ “S-300” istehsalına 1975-ci ildə başlyıb, 1978-ci ildə isə sistemin sınağı başa çatıb. “S-300”  radiolokatorlu axtarış sisteminə malik idarəetmə mərkəzindən, 6 zenit-raket kompleksindən (ZRK) ibarətdir. 6 ZRK-dan hər biri adətən onun yerləşdiyi hərbi hissənin tabeliyində olur. İdarəetmə mərkəzi hədəflərin ZRK-lar arasında avtomatik bölüşdürülməsinə xidmət edir və öz raketləri olmur. İri sənaye, hərbi və inzibati obyektlərin hava-kosmik zərbələrindən müdafiəsi üçün tətbiq olunur. Ballistik və aerodinamik hədəfləri vurmaq imkanındadır. Əvvəlcədən koordinatları məlum olan yer üzərindəki obyektləri məhv etmək imkanına malikdir. İlk çoxkanallı zenit raket sistemi kimi eyni zamanda 6 hədəfi izləyə və onun hər birinə 12 raket tuşlaya bilir. Eyni zamanda 36 hədəfi məhv etməyə qadirdir. MAZ tipli nəqliyyat vasitələrinin şassisi üzərində quraşdırılmış bu ZRK- lər mobilliyə və manevrliyə malikdir. Atəşdən sonra sürətlə yerini dəyişən maşının yenidən döyüş vəziyyətinə gətirilməsi üçün cəmi beş dəqiqə zaman tələb olunur. Raketinin uzunluğu 7.5 metr, raketinin diametri 0.519 metr, raketinin çəkisi 1480-1500 kq arasında, kalibri 515 mm, döyüş başlığının çəkisi isə 180 kq olur.

Slovakia confirms Patriot, S-300 air defense systems are heading to Ukraine

Bu raketlər modifikasiyasından asılı olaraq hədəfləri 47 km-dən 150 kilometrə qədər məsafədə vurma imkanına, hava obyektlərini isə 120 km-dən 300 km-ə qədər məsafədə aşkar etmək imkanına malikdir. Kompleksin hava obyektlərinin aşkar edilməsinin uzaqlığı 120-dən 300 kilometrədəkdir. Hədəfin məhv edilməsi yüksəkliyi isə maksimum 27 km-dir. Bu raketlər saniyədə 2800 metrə kimi sürətlə hərəkət edən hədəfləri məhv etməyə qadirdirlər. Sistem eyni zamanda aktiv və passiv bir maneələrə qarşı qoruma imkanına malikdir.

Kompleksin 5E266 TVK idarəetmə məntəqəsi sıx radiomüdaxilə, şəraitində hava şəraitini qiymətləndirmək üçün bütün radar sistemlərinin işinin əlaqələndirməsi, müdaxiləni basdırmaq üçün maneə əleyhinə sistemlərə əmrlərin verilməsi, avtomatik izləmə üçün hədəflərin axtarışını və ələ keçirilməsini təmin etmək, hazırlıq və atəşlə bağlı bütün əməliyyatların həyata keçirilməsi üçün əsas funksiyanı yerinə yetirmək üçün nəzərdə tutulur.   

 “S-300” zenit-raket kompleksləri indiyə qədər bir çox real şəraitə uyğunlaşdırılmış təlimlərdə sınaqdan keçirilib. Ümumilikdə, bu sistem təlimlər zamanı hava hədəflərinin 90%-dən çoxunu uğurla məhv edə bilər. 1995-ci ildə “S-300” sistemi test zamanı “Skad” ballistik raketini havada məhv etməyə nail olub.

15_11.jpg (48 KB)

Rusiya ordusu üçün "S-300PM" markalı son kompleks 1994-cü ildə istehsal edilib. O vaxtdan Rusiya yalnız ixracat üçün bu kompleksləri istehsal edirdi. Amma "S-300"lə bağlı ixracat sifarişləri də qurtarıb.  

Hazırda "S-300" kompleksləri Rusiyadan başqa 18 ölkənin, o cümlədən postsovet dövlətlərdən Ermənistan, Qazaxıstan, Ukrayna, Belarus və Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin silahlanmasında mövcuddur. Azərbaycan 2010-cu ildə Rusiyadan 2 divizion "S-300 PMU2" kompleksini alıb. Bu raketlər ilk dəfə 2011-ci il iyun ayının 26-da Bakıda keçirilən hərbi paradda nümayiş olunub. 

S-300PMU2 S-300 PMU2 SA-20B Gargoyle B air defense missile system |  S-300PM2 S-300 PMU2 SA-20B Gargoyle B systems UK | Russia Russian army  military equipment vehicles UK

Slovakiya hakimiyyətinin Ukraynaya “S-300” verməsini rusiyalı hərbi ekspertlər “mənasız iş” adlandırmışdılar və bunun Kiyevə heç bir hərbi üstünlük verməyəcəyini demişdilər.    

Slovakiya müxalifəti isə  “S-300” hava hücumundan müdafiə sisteminin Ukraynaya təhvil verilməsini “ dəlilik” adlandırmışdı. Ölkənin keçmiş baş naziri, hazırkı müxalifət lideri  Robert Fiko  qeyd etmişdi ki, ölkə bu addımı ilə Ukraynadakı hadisələrə cəlb olunacaq, bu,  ancaq Amerikanın maraqlarına uyğundur.  

Orxan ƏLİYEV, 
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR