İnsanlara hürriyət, millətlərə istiqlal!

Skuterlə kitabxanaya gedən şagirdlər faciəvi şəkildə öldü - FOTO

1518 23.10.2022 17:27 Hadisə A A

Antalyada skuterlə minik avtomobilinin toqquşması nəticəsində baş verən qəzada skuterdə olan 2 lisey şagirdi həyatını itirib.

Musavat.com xəbər verir ki, iki lisey şagirdinin universitet imtahanına hazırlaşmaq üçün kitabxanaya gedərkən qəzaya düşdüyü öyrənilib.

Hadisəni görənlər 112 Təcili Zəng Mərkəzinə vəziyyəti xəbər veriblər. Xəbərdarlıqdan sonra hadisə yerinə gələn sağlamlıq qrupları ağır yaralanan Mahmut Yağız Balçı və dostu Ada Kayahanı təcili yardımla iki ayrı özəl xəstəxanaya aparıb. Burada edilən bütün müdaxilələrə baxmayaraq 2 lisey şagirdini xilas etmək mümkün olmayıb.

İki gəncin cəsədləri xəstəxanadakı əməliyyatlardan sonra yarılma üçün Ədliyyə Tibb Təşkilatı Morquna aparılıb.

Dershaneye scooterla giderken otomobil çarptı! Liseli gençler feci şekilde öldü

Avtomobilin skuterin vurması nəticəsində həyatını itirən Mahmut Yağız Balcı və Ada Kayahanın cənazələrini götürməyə ailələri və dostları gəlib. Balcı və Kayahanın yaxınları Antalya Ədli Tibb Qurumunun morqunun qarşısında uzun müddət ağlayıblar. Kayahanın cənazəsi dəfn edilmək üçün Manavqat rayonunun Ahmetler mahalına, Balcının cənazəsi isə Kurşunlu qəbiristanlığına aparılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR