İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyavuş Novruzovdan AXC-Müsavat hakimiyyətində olanlara müraciət

908 21.11.2023 12:16 Siyasət A A

“Anti-Azərbaycan qətnaməsi vaxtilə AXC-Müsavat hakimiyyəti dövründə qəbul olunub. Heç olmasa, buna görə anti-milli şura, həmin dövrdə hakimiyyətdə olanlar ABŞ Senatının Azərbaycana qarşı qərəzli mövqeyinə münasibət bildirsinlər”.

Musavat.com xəbər verir ki, bunu komitə sədri Siyavuş Novruzov Milli Məclisdəki müzakirələrdə deyib.

O qeyd edib ki, Əli Kərimli televiziya qarşısında oturub, Azərbaycana qarşı təzyiqlərə bəraət qazandırır, anti-Azərbaycan mövqelərinə qarşı münasibət bildirmir.

ABŞ-ın Azərbaycana qarşı təzyiq kampaniyasına başlamasından bəhs edən deputat bildirib ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı davamlı iş aparılır. Azərbaycan erməniləri etnik təmizləməyə məruz qoymaqda ittiham olunur. Amma bunlardan bir kəlmə danışılmır.

“Bu gün hamımız cənab Prezidentin apardığı siyasətin arxasında durmalı, bu cür bəyanatlara kəskin etirazımızı bildirməliyik, bütün dostluq qruplarına mövqeyimizi göndərməliyik” - S.Novruzov yekunda vurğulayıb.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR