İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyavuş Novruzov Makron haqqında: “Həmişə yuyulmamış çömçə kimi...”

397 06.07.2023 12:47 Siyasət A A

Komitə sədri Siyavuş Novruzov Milli Məclisdəki çıxışında Fransada baş verən hadisələrə və rəsmi Parisin anti-Azərbaycan siyasətinə toxunub.

Qeyd edib ki, Fransa sülh müqaviləsinin bağlanması prosesinə qarışmalı deyil: “Fransa prezidenti Makron ötən çıxışında bildirdi ki, Ermənistan baş naziri Nikol Paşinyandan daha çox Azərbaycan prezidentinə təsir göstərir. Bu nə deməkdir? Sülh tərəfdarı olan ölkənin başçısının belə çıxışı sadəcə sülhə mane ola bilər. Belə olarsa, sülh müqaviləsinin bağlanmasından söhbət gedə bilməz”. S.Novruzov bildirdi ki, Fransa Ermənistanı özündən daha çox qoruyur: “Qardaş, Ermənistanı istəyirsənsə, gəl, götür, özünə birləşdir! İmkan ver, öz məsələmizi özümüz həll edək! Ədalətli sülh istəyirik, ciddi danışıqlar gedir. Amerika, digər Avropa ölkələri, Türkiyə dəstək verir. Hesab edirəm ki, Azərbaycan hökumətinin Fransaya qarşı sərt mövqeyi olmalıdır. Azərbaycan XİN qəti şəkildə bildirməlidir ki, Fransanın qoşulduğu sülh prosesinə Azərbaycan qoşulmayacaq”. Komitə sədri Fransa prezidentinin davranışlarını tənqid etdi: “Makron özünü Rəhim Qazıyev kimi aparır. O da həmişə yuyulmamış çömçə kimi ortaya girirdi. Vaxtı ilə nə iclas keçirilirdi, Rəhim Qazıyev də özünü ortaya atırdı. Makron da başlayıb bu kimi hallara. Hara gedir, ancaq erməniləri tərifləyir”.

E.Paşasoy,
Musavat.com

    

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR