İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyavuş Novruzov: “Gömrükdə insanların özü üçün gətirdikləri dərmanlara da maneəçilik törədilir”

541 11.04.2023 12:21 Son xəbər A A

Milli Məclisin iclasında “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı çıxış edən komitə sədri Siyavuş Novruzov bildirdi ki, ölkədə dərman vasitələrinin qiymətlərinin artması məsələsi aktualdır.

Deputat xaricdən dərman gətirən vətəndaşların gömrükdə problemlə üzləşdiyini bildirdi: “Problemlə bağlı məsələlər öz həllini tapmır. Vətəndaşlar özləri üçün xaricdən ucuz qiymətə dərman vasitələri gətirir. Amma gömrükdə insanların özü üçün gətirdikləri dərmanlara da maneəçilik törədilir. Adam xəstədir, özünə dərman alıb gətirir. Həmin dərmanı öz istifadəsi üçün gətirir, satmağa deyil. Amma problemlə üzləşir. Burada niyə problem yaranmalıdır?”. S.Novruzov ölkədəki “Alman aptekləri”ndəki dərmanların qiymətindən də şikayətləndi. Bildirdi ki, 5 avroluq dərman bu apteklərdə 150 manata satılır. “Başa düşürük, yol xərcləri var, amma fərq bu qədər ola bilməz”. Komitə sədri dərmanların keyfiyyəti ilə bağlı sualların olduğunu da vurğuladı.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR