İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyasi şərhçi: “İctimai rəy uzun müddətdir ki, rejimə arxa çevirib” 

558 03.04.2023 17:07 Siyasət A A

“İranın bütün davranışları Azərbaycanla münasibətləri ən azı diplomatik müstəvidə tam qırılma nöqtəsinə aparır. Şübhəsiz ki, əgər Təbrizdəki Azərbaycan konsulluğunda çalışan vətəndaşlarımız üçün təhlükə yaranacaqsa, sözügedən nümayəndəlik də fəaliyyətini dayandıracaq”.

Bu sözləri Musavat.com-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib. 

Son günlər İrandan Azərbaycan əleyhinə təhdidlərin artması fonunda Təbrizdəki konsulluğumuz qarşısında təşkil olunan aksiya ilə bağlı danışan analitik hesab edir ki, proseslərin sonrakı gedişində baş verənlərin məsuliyyəti rəsmi Tehranın üzərinə düşəcək: “Təbrizdəki Azərbaycan konsulluğunun qarşısında 5-10 nəfər öyrədilmiş adamın “aksiyası”nın keçirilməsinə gəldikdə isə, bunun əsas səbəbi molla rejiminin ölkəmizə qarşı həyata keçirdiyi rəzil, utancverici siyasətin mahiyyətini gizlətmək, ənənəvi olaraq, üzərini şüarlarla “bəzəmək” niyyətidir. Bütün bunlar “İran” adlanan ölkənin, o cümlədən Güney Azərbaycanın ictimai rəyinə təsir göstərirmi? Əlbəttə ki, yox. İctimai rəy uzun müddətdir ki, rejimə və onun saxta ideologiyasına arxa çevirib. İnsanlar sadəcə mollaların yaratdığı çoxsaylı nəzarət-təzyiq mexanizmlərinin, müxtəlif adda fəaliyyət göstərən çuğul şəbəkələrinin, işgəncə alətlərinin girovuna çevriliblər və vəziyyətlə hələlik barışmaq məcburiyyətindədirlər. Çünki molla rejimini türk və islam dünyasında təfriqə salmaq, bölgədə destruktiv fəaliyyəti stimullaşdırmaq üçün yaradan bəzi Qərb ölkələri “İran” adlanan xalqlar həbsxanasında vəziyyətin dəyişməsində maraqlı deyillər”. 

TEB-4.jpg (127 KB)

Elçin Mirzəbəylinin sözlərinə görə, əks təqdirdə, molla rejiminə tətbiq edilən sanksiyaların siyahısında İranın nüvə proqramı ilə bağlı olan şəxslər və təsisatlardan daha çox, bu şər yuvasında insan hüquq və azadlıqlarını misli görünməmiş bir şəkildə pozan, idarəçilik sistemini işgəncə maşınına çevirmiş rejim başçılarının adları yer alardı:

“İran artıq bölgə üçün ciddi təhlükəyə çevrilir və hesab edirəm ki, artıq Türkiyə, Rusiya, Pakistan, Səudiyyə Ərəbistanı və digər dövlətlər molla rejiminin təhdidlərinə qarşı konkret tədbirlərə əl atmalıdırlar”.

Molla rejiminin Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında təşkil etdiyi 5-10 nəfərlik alsiyaya gəldikdə isə, siyasi şərhçinin fikrincə, bu, bir daha rejimin acizliyini, arqumentsizliyini göstərir: “Bu riyakarlar Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində bircə dəfə də olsun Ermənistanın Tehrandakı səfirliyi qarşısında aksiya təşkil etmədilər. Əksinə, Xocalı soyqırımının ildönümlərinin keçirilməsinə maneə yaratdılar, təşkilatçılara təzyiq göstərdilər, bəzilərini isə həbs etdilər. Amma hər il aprelin 24-də Tehranda yaşayan ermənilər qondarma erməni soyqırımının ildönümünü qeyd edir, Türkiyə, Azərbaycan əleyhinə şüarlar səsləndirirlər. Tehranda, Rəştdə və digər şəhərlərdə qondarma erməni soyqırımı “abidə”ləri var və bu “abidə”lər”i istənilən şəxs görə bilər. Budur molla rejiminin gerçək mahiyyəti”.

TEB-1.jpg (254 KB)

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR