İnsanlara hürriyət, millətlərə istiqlal!

Şirvanda sərxoş kişi dəhşət YAŞATDI: bıçaqla ailə üzvlərini...

599 18.08.2022 16:50 Kriminal A A

Şirvan şəhər ərazisində yerləşən yataqxanaların birində Teymur adlı şəxs ailə üzvlərinə, eləcə də yataqxana sakinlərinə qarşı uca səslə nalayiq ifadələr işlədərk, özünə və vətəndaşlara əlində olan bıçaqla xəsarət yetirmək istəyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Musavat.com-a verilən məlumata görə, şəhər Polis Şöbəsinin əməkdaşları ictimai qaydanı kobud şəkildə pozan şəhər sakini, əvvəllər məhkum olunmuş Teymur Əliyevi nizam-intizama dəvət edərək, əlində olan bıçaqları təhvil verməyə çağırıblar. Lakin sonuncu edilən xəbərdarlıqlara baxmayaraq qaydaları pozmağa və ətrafda olan şəxslərə qarşı hədələrini davam etdirib. Bu zaman polis əməkdaşları tərəfindən onun bu əməlinin qarşısı alınıb və polis şöbəsinə gətirilib. Bu zaman ondan iki ədəd bıçaq da götürülüb.

Dindirilmə zamanı T.Əliyev etdiyi əməli spirtli içki təsiri altında törətdiyini və səmimi peşman olduğunu bildirilib.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR