İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyandan SON DƏQİQƏ Xankəndi açıqlaması: “artsax” institutları... - CANLI

1224 16.11.2023 15:00 Son xəbər A A

Ermənistan Parlamentinin sədri Alen Simonyan keçmiş qondarma rejimin “dövlət qurumları”nın ölkədə saxlanılması və yenidən formalaşdırılmasının Ermənistanın təhlükəsizliyinə birbaşa təhdid olduğunu deyib.

Musavat.com xəbər verir ki, Simonyan jurnalistlərin suallarına cavab olaraq bunu “təhlükəsizliyə zərbə” adlandırıb. “Qarabağla bağlı sualın nə mənası var?!

Mən burada “artsax” institutları və qurumlarının saxlanılması, yenidən formalaşdırılması üçün hər hansı məqsəd olduğunu düşünmürəm.

Bunu Ermənistanın təhlükəsizliyinə birbaşa təhdid və zərbə hesab edirəm. Bütün həmkarlarımı bu məntiqlə düşünməyə çağırıram”, - Simonyan deyib.

Ermənistan parlamentinin spikeri Alen Simonyan İrəvanla Bakı arasında bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanmasını mümkün sayır. Spiker Qarabağdan köçənlərin məsələlərinin Ermənistan rəhbərliyi tərəfindən həll edilməli olduğunu düşünür.

O, jurnalistlərə deyib ki, hansısa qurumların formalaşdırılması cəhdlərini birbaşa təhdid və Ermənistanın təhlükəsizliyinə zərbə hesab edir və həmkarlarını da eyni mövqedən çıxış etməyə çağırır.

TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişinin qonağı Sosial Tədqiqatlar Mərkəzinin sözçüsü, siyasi şərhçi Əziz Əlibəylidir.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR