İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali Koreya liderinin qadınlara etdiyi BU ÇAĞIRIŞ gündəm oldu - FOTO

1237 04.12.2023 16:35 Dünya A A

Şimali Koreya lideri Kim Çen In ölkə daxilində doğum səviyyəsinin aşağı düşməsinə qarşı tədbir olaraq qadınları daha çox uşaq dünyaya gətirməyə çağırıb.

Musavat.com xəbər verir ki, Kim Çen In-ın bu çağırışı dünya mətbuatında gündəm olub.

Kim Çen In qeyd edib ki, doğum nisbətlərinin azalmasının qarşısını almaq "qadınların vəzifəsidir".

"Doğum nisbətlərinin azalmasının dayandırılması, uşağa yaxşı baxım və təhsil verilməsi analarımızla birlikdə həll etməmiz lazım olan ailə problemləridir",-deyə Kim Çen In bildirib.

Mərkəzi ofisi Cənubi Koreyanın paytaxtı Seulda olan "Hyundai Araşdırma İnstitutu"nun avqust ayında dərc etdiyi hesabatda Şimali Koreyada 1990-cı illərdə yüz minlərlə insanın ölümünə səbəb olan qıtlığın doğum nisbətinin ciddi şəkildə azalmasına səbəb olduğu bildirilir.

Hesabatda Şimali Koreyada əhalinin 2034-cü ildən başlayaraq azalmasının gözlənildiyi, 2070-ci ilə qədər isə əhalinin 23,7 milyon nəfərə düşəcəyi təxmin edildiyi vurğulanıb.

Musavat.com

qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq

kuzey kore adamlar

kuzey kore pyongyang

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR