İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali Koreya Cənubi Koreyaya 600 zibil dolu şar buraxıb

634 02.06.2024 13:07 Dünya A A

Koreya Xalq Demokratik Respublikasından Cənubi Koreyaya yenidən zibillə doldurulmuş şarlar uçub. Bu dəfə onların sayı 600-ə yaxın olub və bəziləri Seula qədər uçub.

Musavat.com xəbər verir ki, bu barədə “Yonhap” portalı hərbçilərə istinadən məlumat yayıb.

Məlumata görə, hərbi komandanlıq yerli sakinlərə hava şarlarına toxunmamağı və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyi tövsiyə edib.

Şimali Koreya ilk dəfə may ayının sonunda Cənubi Koreyaya zibillə dolu şarlar göndərmişdi. O zaman Koreya hərbçiləri 150-yə yaxın şarı sayıblar. Şarlar sərhədi keçərək ölkənin müxtəlif bölgələrinə düşüblər.

Bu dəfə isə şarların sayı 600-ə çatıb. Şimali Koreya bu “mübarizə üsulu”na Cənubi Koreyadan gələn təbliğat materiallarına cavab olaraq əl atdığını bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR