İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali Kiprin "Pasha Group" şirkətinin nümayəndəsi: "Azərbaycanla işbirliyimizi genişləndirəcəyik" VİDEO

491 13.10.2023 14:31 Siyasət A A

Bakıda keçirilən Şimali Kipr Türk Respublikasının Mədəniyyət və Təqdimat Günləri çərçivəsində sərgidə iştirak edən "Pasha Group" şirkətinin nümayəndəsi Eylül Özbilen Musavat.com-a danışıb.

XALİDE.jpeg (268 KB)

Eylül Özbilen öncə təmsil etdiyi şirkət barəsində ətraflı məlumat verib:

""Pasha Group" olaraq 2005-ci ildən fəaliyyətə başladığımız gündən etibarən Şimali Kipr Türk Cümhuriyyəti və Türkiyədə sektora istiqamət verən, innovativ dəyərlər istehsal edən bir şirkət olmağı hədəf seçmişik. "Pasha Group" olaraq hazırda təhsil və turizm sektorunda geniş fəaliyyət göstəririk. Bu sahələrdə fəaliyyətimizi genişləndirərək, mühüm uğurlar əldə etmişik.

Bundan əlavə, biz mütəmadi olaraq yerli icmalara və qeyri-hökumət təşkilatlarına dəstək verir, bir çox sahələrdə layihələr həyata keçiririk. "Pasha Group"un tərkibində fəaliyyət göstərən 5 qurum var - "Grand Pasha Nicosia Hotel", "Grand Pasha Kyrenia Hotel", "Grand Pasha Saray Hotel", "Akdeniz Karpaz University" və "Posphore Card Lounge". Hotellərimizdə çox sayda azərbaycanlıları qarşılayırıq. Əminəm ki, keçirilən bu tədbirlərdən sonra Azərbaycanla əlaqələrimiz, işbirliyimiz daha da genişlənəcək.

Şirkətimizin nümayəndələri bundan əvvəl də Bakıda səfərdə olublar. Mən isə ilk dəfədir ki, Bakıdayam. Bakı çox gözəldir, insanları da çox qonaqpərvərdir. Biz çox isti və sevgi ilə qarşılandıq. Burada olduğumuzdan çox məmnunuq".

Xalidə Gəray,
Elçin Əkbərov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR