İnsanlara hürriyət, millətlərə istiqlal!

Silahlar susdu, əsirlər qayıtdı: Zelenski 175 nəfərin azad olunduğunu elan etdi

1159 11.04.2026 15:28 Dünya A A

Ukrayna və Rusiya arasında növbəti böyük əsir mübadiləsi baş tutub.

Musavat.com xəbər verir ki, tərəflər "175-in 175-ə" formulu ilə hərbçi və mülki şəxsləri qarşılıqlı şəkildə azad ediblər. Pasxa atəşkəsi ərəfəsində reallaşan bu mübadilə müharibənin gərgin mərhələsində ən iri humanitar aksiyalardan biri hesab olunur.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, geri qaytarılanlar arasında Ukrayna Silahlı Qüvvələrinin əsgərləri, milli qvardiyaçılar, sərhədçilər və 7 mülki şəxs var.

 Bu mürəkkəb prosesin təşkilində BƏƏ humanitar vasitəçilik səyləri göstərərək tərəflər arasında razılığın əldə olunmasına köməklik edib.

Bu mübadilə həm Ukraynada, həm də Rusiyada pravoslav Pasxa bayramı (12 aprel) ərəfəsinə təsadüf etdiyi üçün xüsusi rəmzi məna daşıyır və elan olunmuş 32 saatlıq sükut rejiminin ilk müsbət nəticəsi kimi qiymətləndirilir.

 Hazırda cəbhə xəttində silahların susduğu bir vaxtda reallaşan bu addım gələcək sülh danışıqları üçün zəmin hazırlayan humanitar jest kimi görünür.

Azad olunan hərbçilərin artıq reabilitasiya mərkəzlərinə yerləşdirildiyi və onlara lazımi tibbi-psixoloji yardımın göstərildiyi bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR