İnsanlara hürriyət, millətlərə istiqlal!

Sığınacaqda yaşayan həmin qız da məzun oldu – “Təmiz Dünya”dan duyğulu paylaşım   VİDEO

1363 13.06.2026 13:29 Ölkə A A

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkədə sığınacaqda yaşayan bir qızla bağlı təsirli paylaşım edib.

Musavat.com-un məlumatına görə sədr bildirib ki, illər əvvəl sığınacağa qəbul edilən qız həmin vaxt müxtəlif qurumlara müraciət edərək daha təhlükəsiz və sağlam mühitdə yaşamaq üçün kömək istəyib:
“Bu gün sığınacaqda qalan qızımız məzun olur. Sığınacağa illər əvvəl gəldiyində bütün qurumlara zəng edib dəstək istəmişdi. Onun tək niyyəti sağlam mühitdə böyümək idi. Bu gün isə niyyəti sadəcə oxumaq, gələcəkdə işləyib öz ayaqları üzərində durmaqdır".

Mehriban Zeynalova ümid etdiyini bildirib ki, gənc qız ali təhsil alacaq və gələcəkdə cəmiyyətdə uğurlu bir mövqeyə sahib olacaq.

Xalidə,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR