İnsanlara hürriyət, millətlərə istiqlal!

Seyfəddin Əsəd: "Rauf Arifoğlu hər zaman dövləti və milləti üçün fədakarlığı ilə seçilib"

182 28.07.2026 14:29 Ölkə A A

Müasir Azərbaycan jurnalistikasının yaradıcılarından biri, "Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arifoğlunun 60 illik yubileyi ilə əlaqədar təbrik mesajları gəlməkdə davam edir. Tanınmış həkim Seyfəddin Əsəd Rauf Arifoğlu ilə bağlı xoş xatirələrini bölüşərək onun keçdiyi həyat və mübarizə yolundan bəhs edib.

Seyfəddin Əsəd qeyd edib ki, Rauf Arifoğunu uşaqlıq və gənclik illərindən tanıyır: "Müasir Azərbaycan jurnalistikasının yaradıcılarından biri olan Rauf Arifoğlunu həyat elə gətirib ki, uşaqlıqdan, gənclikdən tanımışam. Eyni zamanda Azərbaycanın demokratikləşmə yolunda xidmətlərini görmüşəm və xoşbəxtlikdən mənim həm də dostum, həm qohumumdur. O, hər zaman dövlət üçün, millət üçün fədakarlığı ilə fərqlənib və təbii ki, müasir gəncliyin yetişməsində qələmi ilə, həyatı ilə çox böyük rol oynayıb."

Yubilyarın cəmiyyət həyatındakı xidmətlərini yüksək qiymətləndirən Seyfəddin Əsəd vurğulayıb ki, Rauf Arifoğlunun yazdıqları və yaratdığı əsərlər gələcək nəsillər üçün də böyük əhəmiyyət daşıyacaq: "Nə xoşbəxtəm ki, Rauf Arifoğlu mənim dediyim kimi dostum və qohumumdur. Yazdığı, yaratdığı əsərlər gələcək nəslə hələ çox lazım olacaq. Çünki bu yol uzun yoldur, Turan yoludur. İnanıram ki, Turan dövlətinin qurulmasında Rauf Arifoğlunun da həm qələmi, həm özü, həm əməyi xeyli rol oynayacaq və bu yolda ona uğurlar diləyirəm."

Sonda yubilyara möhkəm cansağlığı və fəaliyyətində yeni uğurlar arzulanıb: "Təbii ki, Rauf Arifoğlunun 60 illik yubileyi münasibətilə onu təbrik edirəm. Sağlamlıq, xoşbəxtlik həyatını bəzəsin. Qələmi iti olsun, zehni açıq olsun və bu yolda ona uğurlar diləyirəm. Allah qorusun, Allah sevdiklərini qorusun. Yaşasın, var ol, Rauf bəy!"

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR