İnsanlara hürriyət, millətlərə istiqlal!

3 milyardlıq biznesi üzə çıxdı

654 28.07.2026 14:18 Dünya A A

Rusiya baş nazirinin müavini Aleksandr Novakın 29 yaşlı qızı Alina Novakın bahalı daşınmaz əmlakı və milyardlarla rubl dövriyyəsi olan şirkətlərdə pay sahibi olduğu üzə çıxıb.

Musavat.com xəbər verir ki, Korrupsiya ilə Mübarizə Fondunun (FBK) araşdırmaçısı Sergey Yejov Alina Novakın 2023-cü ildə Moskvanın ən bahalı yaşayış komplekslərindən sayılan “Zolotoy”da 178 kvadratmetrlik mənzil aldığını müəyyən edib.

Mənzilin bazar qiymətinin təxminən 400 milyon rubl olduğu bildirilir.

Araşdırmaya görə, vitse-premyerin qızı bununla yanaşı üç şirkətin ortaq sahibidir. Ona “Vostokprom”un 25 faizi, “Refmet”in 20 faizi və “Sinerqiya” Ticarət Evinin 25 faizi məxsusdur. Bu şirkətlərin ötən ilki ümumi dövriyyəsi 3 milyard rubla yaxın olub.

Diqqətçəkən məqam şirkətlərin fəaliyyət sahəsidir. “Refmet” metallurgiya sənayesi üçün odadavamlı materiallar istehsal edir, “Sinerqiya” isə metal məmulatlarının topdansatışı ilə məşğuldur. Yejov xatırladır ki, Rusiya hökumətində metallurgiya sektoruna kuratorluq edən yüksək vəzifəli şəxslərdən biri məhz Alina Novakın atası Aleksandr Novakdır. O, eyni zamanda ölkənin yanacaq-energetika kompleksinə cavabdeh vitse-premyerdir. Alina Novakın bu şirkətlərdəki payları 2025-ci ildə əldə etdiyi bildirilir.

Araşdırmada daha bir maraqlı məqam onun əsas iş yeri və gəliridir. 29 yaşlı Novak Rusiya Birbaşa İnvestisiyalar Fondunda analitik işləyir və aylıq əməkhaqqının təxminən 293 min rubl olduğu bildirilir. Beləliklə, araşdırma müəllifləri aylıq 293 min rubl maaş alan məmur qızının 400 milyon rublluq mənzilə və illik dövriyyəsi təxminən 3 milyard rubla çatan şirkətlərdə iri paylara necə sahib olması məsələsini gündəmə gətirirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR