İnsanlara hürriyət, millətlərə istiqlal!

Anar Bayramov Elnur Azadxanovu da İŞDƏN ÇIXARIR - FOTO

1464 28.07.2026 14:41 Son xəbər A A

Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov işdən çıxarılır.

Bununla bağlı direktorun ərizəsi alınıb. Yaxın vaxtlarda onun işdən çıxarılması ilə bağlı TƏBİB-in icraçı direktoru Anar Bayramov əmr imzalayacaq.

Məsələ ilə bağlı E.Azadxanovla əlaqə saxlamaq mümkün olmadı - zənglərə cavab vermir. TƏBİB-dən isə bildirildi ki, onun işdən azad olunması ilə bağlı əmr yoxdur.

Qeyd edək ki, E.Azadxanov bu vəzifəyə 2023-cü il 30 dekabr tarixində təyin olunmuşdu.

Xatırladaq ki, o 2021-ci ildə “Tərəqqi" medalı ilə təltif edilib. Azərbaycan Kardiologiya Cəmiyyətinin, Avropa Kardioloqları Cəmiyyətinin, Türk Dünyası Kardioloqları Birliyinin üzvüdür.\\bakupost.az

BakuPost

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR