İnsanlara hürriyət, millətlərə istiqlal!

Sevgili kimi bir ...kədər

7136 13.11.2017 02:30 Yazarlar A A

Bəzən insan dərin və böyük bir kədərin içində ətrafındakıların, (içində onu sevməyənlərin də olduğu) sevdiklərinin sevincinə, fələkdən bir gün çalıb, onu özünükü etməsinə, gülüb -danışıb, evrənə, sonsuz fəzaya pozitiv səslərini, gülüşlərini yazdırmasına, tarixin obyektivinə poz verib, fotolar çəkdirməsinə ...bais olmasından qürur duyur...

Baisliyin ən gözəli...

Bəzən insan anlayır ki, bu dərin, ilahi kədər adi yas deyil, matəm deyil, onlar çox kiçik məfhumlardı, adətən unudularlar, teatr kimi göstəriyə möhtacdılar, əza saqqalı kimi 40 gün sonra qırxılar, yerlərə qarışarlar; ehsan, dua və zaman söküb atar insanın "yas" dediyini...

Bu kədər həm də o qədər müqəddəsdi ki, onu unutmaq cəhdinin özü günahdı... Onu daşımaqsa o qədər böyük şərəf ki!

Şərəflərin yalnız sənə aid olanı...

Göz yaşı ilə yuyulmayacaq, nəfsin gücü yetməyəcək qədər böyük, söykənə biləcəyin bir dağ kimi; amma çox da gözəl, o qədər də sevimli bir kədər!

Sevgili kimi bir kədər...

Bəzən insan kədərindən sevdiklərinə, məsul olduqlarına sevinc payı çıxara bilməsindən, onların Gününü öz kədərində, o dərin nisgilində boğmamasından, adi bir günün onun iradəsi ilə tarixə və şəbəkələrə gözəl bir gün olaraq keçməsindən, yazılmasından, çəkilməsindən qürur duyur...

Qürurların ən gözəli...

Bəzən insan dərin, ilahi bir kədərin içində olsa belə, çevrəsinə, sevdiklərinə gözəlliklər yaşadıb, kədərindən süfrə açıb, gücünə özünü də heyran buraxır...

Özünə heyranlığın ən məsumu...

Ancaq səni gerçəkdən sevənlərin anlaya biləcəyi incədən incə bir çizgi... Bir sənət əsəri...

Bəzən insan Cənnətdə yolunu gözləyən birisinin olduğuna qəfildən əminlik gətirir, Cənnətin yolunun içindən keçdiyini dərk edir, bir anda...Allaha və onu böyüdən Kədərə daha da sarılır...

Özünüdərkin ən dərini, anın, saniyənin ən uzunu...

Bəzən insan "adım kədərimdi, adımı yaman sevməyə başlamışam", deyib,
Ariflik dönəminə başlayır...

Ariflərin ən gözəli...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR