İnsanlara hürriyət, millətlərə istiqlal!

Sevgi acısı ilə küçələrə düşdü, dəhşətli xəstəlik tapdı: 42 yaşında vəfat edən məşhur müğənni haqda ŞOK FOTO

1937 19.04.2026 11:10 Şou-biznes A A

Xəbər verildiyi kimi, məşhur türkiyəli müğənni Rza Tamer aprelin 17-də 42 yaşında vəfat edib.

Musavat.com xatırladır ki, Muğlanın Bodrum ilçəsindəki evində qəfil halı pisləşən müğənni xəstəxanaya çatdırılsa da, həyatını itirib.

Sevgi acısı səbəbilə küçələrdə yaşamağa məcbur olan, bir müddət kimsəsizlər evində qalan və səsi sayəsində tanınan Tamerin həyatı faciələrlə dolu olub.

“Popstar” yarışmasıyla tanındıqdan sonra “Benden sonra” mahnısı ilə yenidən məşhurlaşan sənətçi iştirak etdiyi bir televiziya proqramında həyat hekayəsini belə danışmışdı:

“Sevərək evləndim, həyat yoldaşım da məni çox sevirdi. Evləndikdən iki gün sonra koronavirusa yoluxdu. Bütün dünya kimi biz də çətin bir pandemiya dövründən keçdik. Şükür ki, sağ qaldıq. Amma restoranlar bağlandı, işsiz qaldıq. Evdə oturub bir-birimizin üzünə baxırdıq. Atam o vaxt mənə 500 lirə göndərdi, onunla dolandıq.

Sonra vəziyyət dəyişdi, sevgi əvvəlki kimi olmadı və yollarımız ayrıldı. Üç ildir ki, həyat yoldaşımdan sonra heç kimə yaxınlaşmamışam. O isə yenidən ailə qurdu. Allah xoşbəxt eləsin.

Bu ayrılıqdan sonra yavaş-yavaş həyatım dəyişdi. Ankarada 15 il çalışmışdım, amma artıq işləməyə gücüm qalmadı. Beləcə küçələrə düşdüm. Betonun üstündə yata-yata böyrəklərimə, mədəmə zərər verdim, qaraciyərim demək olar ki, sıradan çıxmışdı. Amma bunların müalicəsi var. Sevgi acısının isə yoxdur.

İnsanın içində bir ağrı olur, amma haradan gəldiyini anlamırsan. Sanki qan itirirsən, amma yarasını tapa bilmirsən. Tənha halda küçələrdə dolaşırsan.

Şükür edirəm ki, bu ölkənin yaxşı insanları ilə qarşılaşdım. Küçələrdə məni yedirdilər, geyindirdilər, qayğı göstərdilər - Adanada, Antalyada, Mersində, İstanbulda, Ankarada. Əgər inanmayan varsa, İstanbul Kimsəsizlər Evində qeydiyyatım var, gedib baxa bilərlər. Bunu ona görə danışıram ki, insanlar bilsin: ən dibdən də zirvəyə qalxmaq mümkündür”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR