İnsanlara hürriyət, millətlərə istiqlal!

Severodonetsk tam işğalda! Ukrayna müharibəsinin 100 günü - CANLI

627 03.06.2022 15:51 Gündəm A A

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşü haqda açıqlama yayıb. Bu barədə R.Kadırov Teleqram kanalında bildirib. “Sergey Kujuqetoviç gələcək taktikaların təkmilləşdirilməsini nəzərdə tutan yeni vəzifələr müəyyən edib.
Görülən tədbirlər hücum manevrlərinin effektivliyini əhəmiyyətli dərəcədə artıracaq. Bu da xüsusi əməliyyatın daha sürətlə aparılmasına kömək etmiş olur”, - o vurğulayıb.

Mayın 31-də Kadırov Severodonetskin “ümumi təmizləmə” işinin başa çatdığını, döyüşçülərin ayrı-ayrı obyektlərin hərtərəfli yoxlanışına başladığını elan edib. Zelenski ötən gecə çıxışında şərqi Severodonetsk şəhərində Rusiyanın hücumunun qarşısının alındığını deyib.

“Severodonetsk döyüşlərində müəyyən uğurlarımız var. Amma öncədən demək üçün tezdir. Vəziyyət ümumilikdə çox çətindir", - deyə Prezident vurğulayıb. Beləliklə, Rusiyanın Ukrayna ərazilərində törətdiyi hərbi təcavüzün 100 günü tamamlanır.

Faktiki, 125 min kvadratmetr ərazi işğalçı qoşunların tapdağı altındadır. Lakin müharibə davam edir və Ukrayna ordusu Xerson istiqamətində əks-hücum əməliyyatlarını davam etdirir. Əgər bu şəhəri azad edə bilsələr, Krımın inzibati sərhədlərinə çatmış olacaqlar.
Hazırda rus ordusu 100 gün içində 30 mindən çox canlı qüvvəsini itirib, eyni zamanda, Zelenski də ilk dəfə rəqəm açıqlayıb və onun sözlərinə görə, ölkənin şərqində gedən döyüşlərdə hər gün 60-100 ukraynalı hərbçi həlak olur.

Beləliklə, cəbhənin bir üzündə lokal nəticələrə nail olan və hələlik Krıma quru yolu təmin etmiş, Qara və Azov dənizini blokadaya almış Rusiya qoşunlarıdır, əks tərəfdə isə Xarkovu azad etmiş, Xerson və ümumilikdə 2000-dən çox məntəqə uğrunda döyüşən Ukrayna ordusudur. Paralel olaraq isə bu 100 gün içində Ukrayna ordusuna bir an belə hərbi və maliyyə yardımları səngiməyib.

TVMusavat-ın “Həftə içi” verilişində AĞ Partiya başqanının müavini Əhəd Məmmədli ilə Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə 100 günün yekun nəticələrini müzakirə edirlər. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TV

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR