İnsanlara hürriyət, millətlərə istiqlal!

Sevdiyi qız gül buketini qəbul etmədi, özünü binadan atmaq istədi

857 09.03.2023 16:00 Kriminal A A

Gəncədə sevdiyi qızdan rədd cavabı alan 22 yaşlı oğlan intihara cəhd edib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gün şəhər ərazisində qeydə alınıb.

Dünən axşam saatlarında 2001-ci il təvəllüdlü Şəmkir sakini E.Q. Gəncədə inşa edilən binalardan birinin 3-cü mərtəbəsinə çıxaraq özünü aşağı atmaq istəyib. Ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən cəhdin qarşısı alınıb.

Polis şöbəsinə gətirilən E.Q.-dan intihara cəhdinin səbəbi soruşulub. O isə cavabında bildirib ki, 8 Mart bayramı münasibətilə sevdiyi qıza gül buketi alıb. Lakin qız buketi qəbul etmədiyi üçün bundan təsirlənərək özünü öldürmək istəyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR