İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə və Misirlə birlikdə: Türkiyə oyunun qaydalarını dəyişir - Fidandan kritik gecə səfəri

1817 29.03.2026 02:15 Son xəbər A A

Türkiyənin xarici işlər naziri Hakan Fidan regionda artan gərginliyi azaltmaq istiqamətində mühüm diplomatik addım atıb.

Musavat.com xəbər verir ki, Fidan Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirləri ilə birlikdə İslamabad şəhərinə səfər edib.

Məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Nur Xan hərbi hava bazasında Pakistan rəsmiləri tərəfindən qarşılanıb. Bu görüşlər bölgədə davam edən gərgin fonunda xüsusi əhəmiyyət daşıyır.

Diplomatik mənbələr bildirir ki, İslamabadda keçiriləcək təmaslarda regional təhlükəsizlik, siyasi sabitlik və mümkün əməkdaşlıq mexanizmləri müzakirə olunacaq. Türkiyənin bu addımı Ankara rəhbərliyinin regionda daha fəal rol oynamaq niyyətini ortaya qoyur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR