Səudiyyə Ərəbistanının vəliəhdi ABŞ prezidenti Donald Trampa Krallığın ABŞ-a yatırdığı investisiyaları 600 milyard dollardan 1 trilyon dollara qədər artırmaq niyyətində olduqlarını bildirib.
Musavat.com xəbər verir ki, vəliəhd Məhəmməd bin Salman görüş zamanı deyib: “Hesab edirəm ki, cənab prezident, bu gün və sabah biz həmin 600 milyard dollarlıq sərmayəni demək olar ki, 1 trilyon dollara qədər artırmaq qərarında olduğumuzu elan edəcəyik”.
ABŞ prezidenti Donald Tramp isə bəyan edib ki, Vaşinqton Səudiyyə Ərəbistanı və İsrailə ən müasir hərbi təyyarələr olan F-35 qırıcılarının verilməsinə hazırdır. Onun sözlərinə görə, tərəflər təhlükəsizlik və müdafiə sahəsində genişlənən əməkdaşlıq barədə danışıqları davam etdirirlər.
Musavat.com






