İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərxoş halda asayişi pozan müharibə iştirakçısı həbs olundu

859 12.05.2023 15:45 Hadisə A A

Mayın 11-i gecə saatlarında Balakən şəhəri ərazisində bir nəfər sərxoş vəziyyətdə, eləcə də narkotik vasitənin təsiri altında ucadan nalayiq ifadələr işlədib və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, ərazidə xidmət aparan polis əməkdaşları həmin şəxsə yaxınlaşıb nizam-intizama dəvət ediblər.

Ancaq o, bu kimi əməllərini davam etdirib və əlində olan kəsici alətlə polislərə müqavimət göstərməyə çalışıb. Həmin şəxs saxlanılaraq polis şöbəsinə gətirilib və araşdırma zamanı onun rayon sakini, Vətən müharibəsi iştirakçısı Anar Hüseynov olduğu müəyyən edilib.
Anar Hüseynov barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR