İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərvər Bəşirli Kahramanmaraşa gedir! Zəlzələ qurbanlarına kömək edəcək - VİDEO

834 14.02.2023 16:13 Gündəm A A

Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə yardım toplanıldığı zaman Azərbaycanda bir fenomen aşkar olundu. Özünün köhnə "Jiquli"si ilə yardım məntəqəsinə əşya daşıyan zaman görüntülənən bir foto Laçın qaçqını Sərvər Bəşirlini o fenomenə çevirdi.

Sərvər Bəşirli sabah Kahramanmaraşa gedir. Bu barədə TV Musavat-ın efirində olarkən Sərvər Bəşirli özü məlumat verib.

Musavat.com xəbər verir ki, S.Bəşirli Türkiyəyə dəstək verən təşkilatların vasitəsilə öncə təyyarə ilə Şanlıurfaya, oradan da Kahramanmaraşa gedəcək. Onun özü, əmisi oğlu İmamverdi Bəşirli və daha bir yaxın qohumu (3 nəfər) zəlzələ qurbanlarına yardım üçün könüllü olaraq fəlakət bölgəsində çalışacaqlar.

Musavat.com həmin məqama aid Sərvər Bəşirlinin açıqlamasını təqdim edir:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR